Rusiyanın “Ximki” klubunun prezidenti Tufan Sadıqov Artyom Dzyubanı komandaya dəvət etmək istəyir.
Presssport.az xəbər verir ki, azərbaycanlı iş adamı Rusiya millisinin sabiq forvardının mümkün transferindən danışaraq, Moskva yaxınlığındakı klublardan birinə keçə biləcəyi haqda söz açıb: "Şərh verə bilmərəm. Artyomla danışdıq, onu bəyənirəm. Dzyubanı komandan görmək istərdim. Amma qərarı baş məşqçi verir. Necə olacağını zaman göstərəcək".
Onu da bildirək ki, son olaraq Moskva “Lokomotiv"ində çıxış etmiş 35 yaşlı Dzyuba hazırda azad agent statusundadı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC