Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Presssport.az xəbər verir ki,, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev meksikalı Ostin Qomeslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə apararaq rəqibinə 3:10 hesabı ilə məğlub olub.
Buna baxmayaraq, o, medal şansını saxlayıb. Belə ki, Muszukayev finala vəsiqə qazanacağı təqdirdə, idmançımız bürünc uğrunda yarışmaq şansı əldə edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC