Millimizin baş məşqçisi Fernandu Santuş Bakıda Sebriyanın U-21 millisini çalışdırıcısı Lyubinko Druloviçlə görüşüb.
Presssport.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib.
Məsələ ondadı ki, Druloviç 1998-2001-ci illərdə Santuşun rəhbərliyi altında "Portu"da oynayıb. Onun rəhbərlik etdiyi U-21 millisi iki gün öncə Bakıda Azərbaycanın U-21 millisi ilə qarşılaşaraq 2:1 hesabı ilə qələbə qazanıb.
Məlumatda bildirilib ki, görüşdə futbol mövzuları müzakirə olunub. Santuş Azərbaycan paytaxtındakı yaxşı oyun və qələbəyə görə serblləri təbrik edib. Serb məşqçilər də öz növbələrində 70 yaşlı portuqaliyalı mütəxəssisə Azərbaycan millisi ilə UEFA Millətlər Liqasında qarşıdakı oyunlarda uğurlar arzulayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC