Ümumdünya Şahmat Olimpiadası başa çatdı: Kişilərimiz 8-ci, qadınlarımız 15-ci oldu

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.

Presssport.az xəbər verir ki, XI turda Braziliya ilə üz-üzə gələn yığma 3:1 hesablı qələbə qazanıb.

Aydın Süleymanlı - Luis Paolo Supi 0,5:0,5
Nicat Abasov - Aleksander Fier 0,5:0,5
Rauf Məmmədov - Renato Quintiliano 1:0
Şəhriyar Məmmədyarov - Dieqo Di Berardino 1:0

Bu nəticələrin ardından 16 xal toplayan kişi yığmamız yarışı 8-ci sırada başa vurub.

Kişilərimiz daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) Qazaxıstan (3:1) və Kubanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.

Qadınlarımız isə XI turda yarışın favoriti Hindistanla üz-üzə gələn yığma 0,5:3,5 hesabı ilə uduzub.
Harika Dronavalli - Günay Məmmədzadə 1:0
Rameşbabu Vaişali - Ülviyyə Fətəliyeva 0,5:0,5
Deşmux Divya - Gövhər Beydullayeva 1:0
Vantika Aqraval - Xanım Balacayeva 1:0

Bu nəticələrin ardından 15 xal toplayan qadın yığmmaız yarışı 15-ci sırada başa vurub.

Komandamıza qalib gələn Hindistan 45-ci Ümumdünya Şahmat Olimpiadasını ilk sırada bitirib.

Xatırladaq ki, qadınlardan ibarət millimiz daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5) İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib (2:2), Qazaxıstana isə yenilib - 1:3.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC