Zədə səbəbindən Azərbaycan millisinin düşərgəsini tərk edən “Sabah”ın kapitanı Elvin Camalovun durumuna aydınlıq gəlib.
Pressssport.az xəbər verir ki, Camalov təkcə milli komandanın qarşıdakı oyunlarını deyil, həm də Misli Premyer Liqasının 10-cu turunun da görüşünü buraxmalı olacaq.
Belə ki, 29 yaşlı yarımmüdafiəçi IX turda “Araz-Naxçıvan”la Masazırdakı oyunun (1:1) 74-cü dəqiqəsində zədələnərək 3 həftəlik sıradan çıxıb.
Camalovun dirsək nahiyəsində sınıq aşkar edilib.
Xatırladaq ki, "Sabah" ikinci dövrənin ilk turunda oktyabrın 20-də "Zirə"nin qonağı olacaq
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC