Tovuz şəhər stadionunda “Turan” PFK-nın təsisçisi və ilk prezidenti Vidadi Əhmədovun 70 illik yubileyi qeyd olunub.
Presssport.az xəbər verir ki, tədbirdə “Turan Tovuz” PFK-nın rəhbər və işçi heyəti, rayon içtimaiyyəti, veteran futbolçular və akademiya məşqçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev sözlərinə “Keçmişinə sahib çıxmayanların gələcəyi də olmaz” ifadəsi ilə başlayaraq V.Əhmədovun ölkə futboluna verdiyi töhfələr və onun yaratdığı “Turan”ın ölkə futbolunun inkişafında müstəsna xidmətinin olması haqda danışıb, səbəbkarı 70 illik yubileyi münasibəti ilə təbrik edib. Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, veteran futbolçu Nizami Sadıqov, “Turan Tovuz”un İdarə Heyətinin üzvü Yaşar Sultanov da öz növbələrində yubilyarı təbrik edib.
Sonda çıxış edən Əhmədov klubun əmin əllərdə olduğunu qeyd edərək, tədbir iştirakçılarına təşəkkürünü bildirib. Klub rəhbəri tərəfindən V.Əhmədova xatirə hədiyyəsi təqdim edilib.
Onu da bildirək ki, Quliyev “Turan Tovuz” - “Zirə” oyunundan öncə də Əhmədovu yubiley münasibəti ilə təbrik edib, ona komandasının “70 nömrə”li formasını təqdim edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC