“Turan Tovuz” Misli Premyer Liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub.
Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, X turun “Sumqayıt”la matçına təsadüf edib.
Kurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.
Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə oynadığı 5 görüşdə 3 qol vurub. Həmin rekord Sumqayıtda yenilənib.
“Turan Tovuz” tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki 2 belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/23 mövsümündə “Neftçi”ni, ötən çempionatda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, 72 yaşlı Berdıyev bu mövsümdən tovuzluların çalışdırıcısıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC