"Turan Tovuz"un Antalyada 2-ci oyunu və yenə 0:2

Bu gün "Turan Tovuz" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxıb. Presssport.az xəbər verir ki, Ayxan Abbasovun komandası bu dəfə Macarıstan “Şiofok"u ilə üz-üzə gəlib. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Turan Tovuz" bu gün daha bir yoxlama oyunu keçirəcək. Bölgə klubu Asiya Çempionlar Liqasının pley-off mərhələsinin iştirakçısı olan Özbəkistan "Nasaf"ı ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Xatırladaq ki, tovuzlular ilk yoxlama oyununda “Voluntari”yə (Rumıniya) uduzmuşdu - 0:2.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC