Vüqar Həşimov" klubu Avropa Kubokunda növbəti qələbəsini qazanıb

Azərbaycanın "Vüqar Həşimov" klubu Serbiyanın Vranyatske-Bane şəhərində davam edən şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb.

Presssport.az xəbər verir ki, təmsilçimiz II turda İsveçin “Lunds” klubundan güclü olub - 3,5:2,5.

Azərbaycan komandası ötən gün Norveçin SOSS klubuna 5,5:0,5 hesabı ilə qalib gəlmişdi.

Xatırladaq ki, ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC