Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə AFFA-da görüş keçirilib

UEFA-nın dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qazaxıstan Futbol Federasiyasının (QFF) Lisenziyalaşdırma Departamentinin əməkdaşları arasında mübadilə proqramı həyata keçirilib.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, proqram iştirakçıları arasında UEFA-nın lisenziyalaşdırma üzrə mütəxəssisi Anna Polatovska da yer alıb.

Birinci hissəsi Bakıda baş tutan proqram çərçivəsində QFF-dən olan əməkdaşlar yerli lisenziyalaşdırma sistemi və əsas proses barədə məlumatlandırılıb. Bundan əlavə, departamentin ekspertləri qonaqlarla təkbətək görüşlər keçirərək meyarlar üzrə fikir və təcrübələrini paylaşıb.

Onu da bildirək ki, proqrama uyğun olaraq növbəti görüşün Qazaxıstanda keçirilməsi planlaşdırılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC