"Qəbələ" "Araz-Naxçıvan"ı məğlub etdi

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. Presssport.az xəbər verir ki, “qırmızı-qaralar” “Araz-Naxçıvan”la görüşüb. Matç Qəbələ şəhər stadionunda baş tutub. Bu, Elmar Baxşıyevin baş məşqçisi olduğu komandanın qış fasiləsində ikinci sınağı olub. “Qəbələ” “Araz-Naxçıvan”la matçda iki cavabsız qolla qələbə qazanıb. 14-cü dəqiqədə hesabı Əyyub Allaş açıb. Fasilədən sonra Samuel Tetteh fərqi iki topa çatdırıb – 2:0. Qeyd edək ki, “Qəbələ” mövsümün ikinci yarısının ilk turunda “Sumqayıt”la görüşəcək. XIX turun Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşması yanvarın 23-də baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC