"Yeni futbolçlarla danışıqlarda qarşı tərəfdən çətinlik çəkirik" - Qurban Qurbanov

"Qarabağ" bu gün hazırlıq matçında "Zirə"ni 4:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov "Azərsun Arena"dakı oyundan sonra Presssport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb: - Oyun necə keçdi? Bütün futbolçuları yoxlaya bildiniz? - Ümumən pis oyun alınmadı. Yaxşı hazırlıq matçı oldu. Əvvəlcədən Rəşad Sadıqovla razılaşmışdıq ki, dəqiqələrin sayı çox olsun və bütün futbolçulara şans verək. Səhvlər həddindən artıq çox idi. Çünki fasilədə ilk oyunumuz idi. - Ölkə xaricində toplanış keçmədiniz. Fərqli ölkələrin komandaları ilə yoxlama oyunu olmadı. Bunun təsiri necədi? - Ölkə xaricində olsaydıq da, güclü rəqiblə bir oyunumuz olacaqdı. Digəri zəif rəqib ola bilərdi. Burda ikinci komandamızla oynayıb kompensasiya edə bildik. "Zirə" çox ciddi rəqib idi. Üstünlüyümüz onda idi ki, istədiyimiz formatda oynadıq. Bəlkə də ölkə xaricində olsaydıq, rəqib buna razı olmazdı. Hazırlıq üçün müddət az idi. Bizim futbolçulara istirahət daha çox lazım idi. Bu toplanışda güclü rəqiblərlə 2-3 oyun keçirmək ağır olardı. Hələ tam özümüzə gəlməmişdik. Komanda 2-3 matçdan sonra öz oyununa qayıdacaq. - Aleksey Kaşuk və Kadi Borgeslə maraqlandığınız xəbərləri doğrudu? - Yazılar ola bilər. Amma belə bir şey olmayıb. Hərəsinin öz komandası var. - Bəs, mətbuatda yazılmayan maraqlandığınız başqa oyunçular var? - Bəli. Danışıqlar gedən oyunçular da var. Bir az çətinlik çəkirik - biz tərəfdən yox, qarşı tərəfdən. Yenə də danışıqları sona kimi davam etdirəcəyik. - Mateus Silvanı mərkəz müdafiəçisi mövqeyində oynatdınız. Kevin Medina hazır olmasa, "Braqa" ilə matçda bu mövqedə onu görə bilərik? - Sınamaq olar. Amma Kevin yoxdu deyə "Braqa" ilə matça Mateusu hazırlamırıq. Çünki digər mərkəz müdafiəçilərimiz var. Sadəcə, bəzən oyunçuları dəyişik mövqedə istifadə edirik. Çünki sıx qrafikdə rotasiyalara ehtiyac olur. - Hücum xəttinə oyunçu axtarırsınız? - Hücum xəttinə də var, müdafiə zonasına da. - Aleksey İsayevin adaptasiyası necə gedir? - Normal. - Adama Diakabi Fransaya klub axtarışına getmişdi? - Bəli, o, Fransaya getmişdi, amma orda istirahətdə idi. Adama komandamızın üzvü olaraq qalır. - Diakabi Avropa Liqası üçün sifariş olunacaq? - Ola bilər. Hələ qarşıda vaxtımız var. - Futbolçularınızı icarəyə vermək planınız var? - Hazırda yox. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC