Rəşad Sadıqov axtarışları davam etdirir: "İstəyərdim ki, 2 oyunçu transfer edək"

Bu gün "Zirə" hazırlıq matçında "Qarabağ"a 0:4 hesabı ilə məğlub olub. Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra Presssport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb: - Maraqlı oyun alındı, matç adət etmədiyimiz 140 dəqiqə davam etdi. Bu, nə ilə bağlıdı? - Qurban Qurbanov təklif etdi ki, 4 hissəli matç keçirək və bütün futbolçular oyun praktikası qazansın. Bu, bizi də qane edirdi. Sevindirici haldır ki, bu gün demək olar hamı 70-80 dəqiqə oynadı. 12 günlük təlim-məşq toplanışımızı bu gün başa vurduq. Bundan başqa artıq son hazırlıqlarımız olacaq. - "Zirə" artıq transferi yekunlaşdırıb? - Axtarışdayıq. Danışıqlar apardığımız futbolçular var. İstəyərdim ki, 2 oyunçu transfer edək. Çünki qarşıda bizi 3-4 gündən bir oyunlar gözləyir. Heyətimizi genişləndirməliyik. - Yeni transfreiniz Rafael Utsiq bu gün ilk dəfə oynadı. Onun hazırkı formasını, adaptasiyanını necə qiymətləndirərdiniz? - Xarakterli futbolçudu. Son 2 ayda komandasından uzaq qalıb. Sonuncu rəsmi oyunu noyabrın 11-də keçirib. Bu gün 45 dəqiqə oynamaq da onun üçün çox idi. Risk edib oynatdıq. Amma meydanda ən yaxşılardan idi. Formasını bərpa etmək üçün zamana ehtiyacı var. - Utsiqi daha çox hansı mövqedə düşünürsüz? Mərkəz hücumçusu kimi, yoxsa cinahda? .- Universal futbolçudu, 4 mövqedə oynaya bilir. Onun universallığından istifadə etmək istəyirik. - Filipe Paxtman komandada qalacaq? - Onunla söhbət etmək fikrimiz var idi, amma etmədik. Son oyunda tam hazır olmadan Kubokda meydana buraxdıq. Amma yenidən zədələndi. Bunda hardasa mənim də günahım var idi. Meydana çıxıb çox önəmli qol vurdu. Ən azı yaya qədər bir yerdə olmağı düşünürük. - Oyunun gedişində futbolçular arasında gərginlik yaşandı. Bu, nə ilə bağlı idi? - Yoldaşlıq görüşünün mənfi tərəfi odur ki, futbolçular cəzasız qalacaqlarını bilir. Buna görə gərginlik oldu. Sonra sakitləşdilər. - Komandadan kiminsə gedişi gözlənilir? Sizə sərfəli təklif müqabilində? - Təklif olsa, dəyərləndirə bilərik. Amma ümumən kimisə göndərmək fikrimiz yoxdu. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC