Eldar Quliyevin "Sabah"a baş tutmayan keçidi və milliləşmək istəməməsi haqda

"Eldar Quliyevlə bağlı "Sabah"dan rəsmi təklif almamışıq. Klublar arasında müəyyən danışıqlar olub. Detallara varmaq istəmirəm. "Sabah"la iki dost komandayıq. Danışıqlar oldu, baş tutmadı". Bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Presssport.az-ın əməkdaşının iştirak etdiyi mətbuat konfransında deyib. "Sabah"ın gənc yarımmüdafiəçiləri Eldar Quliyevin transferində maraqlı olduğunu gizlətməyən 42 yaşlı mütəxəssisin sözlərinə görə, söhbət klublararası məbləğdən getmir: "Ümumən bu keçid baş tutmadı. Hər məsələdə "Sabah"la anlaşa bilərik". Məlumdu ki, Eldar Ukrayna vətəndaşı olaraq legioner kimi çıxış etsə də, əslən azərbaycanlıdı. Maraqlıdı, futbolçunun yaxın gələcəkdə Azərbaycan pasportu ilə oynamaq ehtimalı var? Sadıqovu dinləyək: "Bunu mən də istəyərəm - həm millimizə fayda versin, həm də bizə. Amma Eldar hələ ki, bu haqda düşünmür". MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC