"Bu, bizə həm düşmür, həm də yaraşmır- ikiqat Avropa çempionumuz

"İkinci dəfə Avropa çempionu olmağımın arxasında böyük əziyyətlər durur”.

Presssport.az xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Həsrət Cəfərov (67 kq) Dünya Güləş Birliyinin (UWW) mətbuat xidmətinə açıqlamasında deyib.

21 yaşlı idmançı turnirdən əvvəl Xorvatiyada təşkil olunan təlim-məşq toplanışındakı hazırlıqların bəhrəsini gördüyünü bildirib. Həsrət qatıldığı bütün turnirlərə ciddi yanaşdığını vurğulayıb: “Heç bir yarışa özümdən razı şəkildə getmirəm. Bu, bizə həm düşmür, həm də yaraşmır. Rəqiblərin hər birini güclü idmançı kimi görürəm. Heç birini özümdən zəif saymıram. Avropa çempionatında da qarşılaşdığım güləşçilərin hər biri titullu idmançılar idi”.

Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına qədər daha bir turnirdə çıxış edəcəyini diqqətə çatdırıb: “Dünya çempionatının finalında kubalıya məğlub olmuşdum. Orda bəzi səhvlərim oldu. Həmin mundialdan sonra səhvlərimin üzərində işlədim. Növbəti yarışda daha uğurlu çıxış edəcəyimə inanıram. Yəqin ki, Olimpiadaya qədər daha bir yarışa qatılacağam”.

Xatırladaq ki, Cəfərov 2023-cü ildə Xorvatiyada keçirilən Avropa çempionatının da qalibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC