AFFA-dan 8 komandaya texniki məğlubiyyət

AFFA İntizam Komitəsi aşağı liqalarda çıxış edən 8 komandaya texniki məğlubiyyət verib.

Presssport.az xəbər verir ki, AFFA U-16 Liqasında UFA "Turan Tovuz"la oyuna getməyib. U-13 Liqasında "Şirvan" "Sabirabad"la matçda yetərsay olmadığına görə eyni halla üzləşib.

U-12 Liqasında "Aran" (Yevlax) "Real"la görüşdə yetərsay olmadığına, U-11 Liqasında isə “Paralimpiya İdman Kompleksi”“Məhəllə uşaqları” ilə qarşılaşmada protokolu təqdim etmədiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıb.

U-10 Liqasında UFA "Karvan"la oyunda, "Sahil" "Gənclik"lə matçda, "Məhəllə Uşaqları" “Paralimpiya İdman Kompleksi” ilə görüşdə yetərsay olmadığından cəzalanıb.

Nəhayət, U-13 Liqasında "Universal" "Xocalı" ilə duelə təyin olunan vaxtda çıxmadığı üçün texniki məğlubiyyətə məruz qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC