Göygöldə kros qaçışı üzrə payız ölkə çempionatının qalibləri müəyyənləşib

Göygöldə kros qaçışı üzrə payız ölkə çempionatının qalibləri müəyyənləşib.

Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli ölkə çempionu adını qazanıb.

6 km məsafədə İsmayıllı təmsilçisi Valeri Qrubski, 3 və 2 km-də isə müvafiq olaraq İsgəndər Əsgərov və Rihad Mustafayev qalib olub.

Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyaraq növbəti dəfə Azərbaycan çempionu olub. 4 km-də Milana Xəlilova, 2 km-də Zəhra Şirəliyeva, 1 km-də isə Nila Heydərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 10 km məsafəyə qaçışda 40 yaşdan yuxarı atletlər arasında Elmir Əsgərov, 50 yaşdan yuxarı idmançıların mübarizəsində isə Dmitri Liyakov 1-ci yeri tutub.

Onu da bildirək ki, yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naftalan, Xızı, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Balakən, Bərdə, Gədəbəy, Ordubad və Sədərəkdən olan 200-ə yaxın atlet mübarizə aparıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC