Kadinin agenti: "Onun "Krasnodar"dan ayrılmaq fikri yoxdu"

"Krasnodar"ın legioneri Kadi Borgesin agenti Helsio Alisk braziliyalı müştərisinin Rusiya klubundakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, hazırda Dubayda toplanışda olan bu komanda burda Rusiya Premye Liqasında mövsümün ikinci hissəsinə hazırlıqları davam etdirir.

Helsio uzun müddətdir ki, “Qarabağ”a icarəyə keçəcəyi gözlənilən 28 yaşlı Kadinin gələcək taleyi ilə bağlı danışıb:

"O, Rusiya Premyer Liqasının ilk hissəsində çox da oynamadı. Lakin Kadinin “Krasnodar”dan ayrılmaq fikri yox idi. İndi də bu belə düşünür. Əminəm ki, ikinci hissədə o, klubun çempion titulunu qazanması üçün hər şeyi edəcək".

Xatırladaq ki, Borges 2023-cü il yanvarın 14-də “Qarabağ”dan “Krasnodar”a keçib. Onun Krasnodar təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC