"Braqa"nın Bakıya gələn heyəti bəlli olub - kapitan yenə "ofsayd"da qaldı

UAvropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" ilə qarşılaşacaq "Braqa"nın Bakıya gələn heyəti bəlli olub.

Presssport.az xəbər verir ki, baş məşqçi Artur Jorje səfər görüşündə 23 futbolçuya güvənəcək.

Menisk əməliyyatından sonra bərpa prosesini başa vuran Bruma da heyətə daxil edilib. Kapitan Rikardo Orta isə yenə komandadan kənarda qalıb.

Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek

Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendeş, Fransişku Çissumba, Vitor Qomeş, Kristian Borxa

Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyu, Pittsi, Joau Moutinyu, Cibril Sumare

Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markuş Lopeş, Rocer Fernandeş, Simon Banza.

Xatırladaq ki, qarşılaşma fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də keçiriləcək. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC