Millimiz üçün tarixi matç - ilk dəfə DÇ-nin seçmə mərhələ oyununa çıxır

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində debüt edəcək.

Presssport.az xəbər verir ki, Tahir Baxşıyevin komandası DÇ-2027-nin seçmə mərhələsində ilk oyununu səfərdə İsveçrə yığmasına qarşı keçirəcək.

A qrupunun digər oyununda Kosovo İrlandiyanı qəbul edəcək. Qarşılaşmaya 22:00-da start veriləcək. 

22 fevral (cümə axşamı)

22:00. İsveçrə - Azərbaycan 

Azərbaycan: Zaur Paşayev, Kamran Məmmədov, Orxan Aydın, Ercan Donat, Ulaş Turqut, Sadettin Donat, Elşad Şirzadov, Endar Poladxanlı, Zak Leday, Əkbər Məmmədov, Amil Həmzəyev, Şirzad Şirzadov

Qeyd edək ki, ikinci turda Azərbaycan millisinin Kosovoyla görüşü fevralın 25-də “Sərhədçi” İdman Kompleksində saat 14:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC