"Onlar bizi son anda "öldürdü" - "Qarabağ"a qol vuran hücumçu

"Qarabağ" azlıqda qalandan sonra rəqibin üzərinə getdik və ən çətin işin öhdəsindən gəldik. Qol vurmağımız oyunu əlavə vaxta apardı. Amma onlar cərimə zərbəsindən çox sürətli şəkildə 2-ci qolu vurdular və bizi son anda "öldürdülər".

Presssport.az xəbər verir ki, bu sözləri "Braqa"nın futbolçusu Alvaro Djalo UEFA Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab matçından sonra deyib.

Oyunda 2-ci qolu vuran portuqaliyalı hücumçu mübarizəni dayandırdıqları üçün üzüldüyünü vurğulayıb: "Qolu vuranda düşündüm ki, mərhələni keçə bilərik. Çünki bunu bacardığımızı nümayiş etdirirdik. Rəqib oyunçusu qırmızı vərəqə aldıqdan sonra komandamıza güvənirdim. Sonra penalti ilə qol vurduq. Amma son anda "Qarabağ" da qol vurdu. İşlər yaxşı getməyəndə, bu, futbolçuları əsəbiləşdirir. Amma futbol belədir. Çalışıb meydanda özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Mən öz töhfəmi verməyə və əlimdən gələni etməyə çalışdım, amma bu məğlubiyyətə görə üzülürəm”.

Xatırladaq ki, "Qarabağ" iki oyunun nəticəsinə görə (4:2, 2:3) 1/8 finala adlayıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC