Tetteh yenə ilk hissədə zədəyə görə əvəzləndi

"Qəbələ"nin qanalı legioneri Samuel Tetteh ardıcıl 2-ci matçda zədələnib.

Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, sol cinah yarımmüdafiəçisi “Kəpəz”lə Qəbələdəki matçın əvvəlində sıradan çıxıb.

Ona yardım üçün tibbi personal daxil olsa da, bu, fayda verməyib və əvəzlənməyə işarə edilib.

Tettehi Ülvi İsgəndərov əvəzləməklə taktiki yerdəyişmə baş verib. Belə ki, Ülvi yarımmüdafiənin sağ cinahında yer alıb, bunadək orda çıxış edən Bilel Auaşeriya isə sola çəkilib.

Xatırladaq ki, Samuel bubdan əvvəl “Turan Tovuz”la səfər görüşündə də ilk hissədə əvəzlənmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC