Bakı Dəmiryol Vağzalında futbol ab-havası - Berdıyev "Turan Tovuz"dan ayrı düşərək Qazaxa niyə gedib?

Misli Premyer Liqasında bu həftə Tovuzda növbəti qoşa oyunlardı. Belə ki, bu gün orda “Kəpəz” “Şamaxı”nı, sabah “Turan Tovuz” “Araz-Naxçıvan”ı qəbul edəcək.

PFL-in bölgələr üzrə layihəsində iştirak edən Presssport.az saytı olaraq səfərə yenə qatarla çıxdım. Bakı Dəmiryol Vağzalında Bakı - Ağstafa sürətli qatarına tərəf gedəndə, bir anlıq elə bildim futboldayam, stadiondayam. Çünki hara baxırdım komanda üzvləri idi. Daha dəqiq desək, söhbət sabah bir-birinə rəqib olacaq komandalardan gedir. 

Amma "Turan Tovuz"un “Araz-Naxçıvan”dan marşrutu fərqli idi. O mənada ki, bu komanda təcrübəli baş məşqçisi Kurban Berdiyevin istəyinə uyğun olaraq Bakıdan Tovuza və əksinə istiqamətdə yalnız onlar üçün ayrəlan qatarla gedir. Yəni, bir növ çarter reysidi. Naxçıvan klubunun üzvləri isə bəndənizinlə birgə saat 08:00-da yola düşən Bakı - Ağstafa qatarında yer alıb. Hamısı da bir yerdə olmayaraq vaqonlar üzrə səpələniblər.

Stansiyada olarkən Berdıyev gözümə dəymədi. Onu xəbər alanda öyrəndim ki, komandadan ayrı düşərək Qazaxa gedib. Məsələ ondadı ki, milliyyətcə türkmən olan 72 yaşlı mütəxəssis bu gün müsəlmanların müqəddəs cümə gününü məsciddə keçirəcək. Tovuzda da bu, olmadığından üz tutub Qazaxdakı məscidə. Ümumiyyətlə, Berdıyev heç bir cüməni buraxmır, həmişə cümə namazını məsciddə qılır.

Tovuzda bugünkü matçın iştirakçıları isə təbii ki, artıq ordadı. “Kəpəz” daha əvvəl gedibsə, “Şamaxı” dünən axşamdan Tovuzdadı. Ayxan Abbasov yeni komandasının, 2 il işlədiyi Tovuzda məşq etməsinə lüzum görməyərək dünən Şamaxıda son məşqi edəndən sonra səfərə çıxarıb. 

Onu da bildirim ki, “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub da bu gün Bakıdan Tovuza yollanaraq bizimlə bir qatardadı. Həmin Tovuz ki, əslən ordan olduğundan ona doğma bölgədi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC