Millimizə qol vuran hücumçuya görə 100 milyon avro tələb olunur

"Sportinq"in hücumçusu Viktor Qyökereş qışda klubdan ayrıla bilər.

Pressspot.az xəbər verir ki, "Arsenal" və "Barselona" isveçli forvardı transfer etmək istəyir.

Lissabon klubu 26 yaşlı futbolçunu 100 milyon avroya satmağa hazırdı. "Arsenal"ın transfer yarışında "Barselona"dan daha şanslı olduğu bildirilir.

"Sportinq" Qyökereşi ötən ilin yayında "Koventri"dən transfer edib. İsveç millisinin üzvü bu mövsüm Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Viktor milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Bakıda keçirdiyi oyunda Azərbaycan yığmasına penaltidən qol vuraraq böyükhesablı qələbəni rəsmiləşdirib

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC