Misli Premyer Liqasının VII turunun "Turan Tovuz"- "Araz-Naxçıvan" matçının biletləri satışa çıxarılıb.
Presssport.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündü.
2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qarşılaşma 21 sentyabr tarixində saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC