Qara Qarayev "Neftçi"li günləri bitdi - RƏSMİ

“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

32 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub təcrübəli yarımmüdafiəçiyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Onu da bildirək ki, 2023-cü ilin iyulunda transfer olunmuş Qarayev “Neftçi”nin heyətində 28 rəsmi oyun keçirib, 1 qol vurub. O, bir müddət əvvəl əvəzedici heyətə göndərilmişdi.

Xatırladaq ki, "Neftçi" bu yay Ömər Buludov, Rüfət Abbasov, Eddi İsrafilov, Reziuan Mirzov, Ataa Caber, Aqil Məmmədov, İvan Brkiç, Dieqo Valdez, Fərid Yusifli, Lukas Melano ilə də yollarını ayırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC