"Çox ümid edirdim ki, "Slaviya" ilə düşəcəyik" - Tahir Gözəl

"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimindən sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, püşkatmanı dəyərləndirən klub rəhbəri "Bayer" haqda danışıb:

"Püşkatmanın sonuna "Bayer" və "Slaviya" qalanda, çox ümid edirdim ki, Praqa təmsilçisi lə oynayacağıq. Amma bəxtimizə “Bayer” çıxdı. Çox güclü və rekorda sahib olan yenilməz rəqibdir. Bu mövsüm ən üst səviyyədə performans göstərirlər. Təbii ki, çətin oyun olacaq. Ən azından biz onları tanıyırıq, oyunlarını bilirik, təcrübəmiz var. Düzdür, onlar da bizi tanıyır. "Qarabağ"ın möhtəşəm qələbəsi bizi ruhlandırır. Güman edirəm ki, "Bayer"ə qarşı ən yüksək səviyyədə oynayacağıq. Çalışacağıq ki, Avropa və UEFA-nı təəccübləndirək".

Qeyd edək ki, "Qarabağ" martın 7-də Bakıda, 14-də isə Leverkuzendə "Bayer"lə üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC