"Qarabağ"ın rəqibindən yeni rekord

"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Bayer" yeni rekorda imza atıb.

Presssport.az xəbər verir ki, Xabi Alonsonun komandası Bundesliqanın XXIII turunda "Maynts"ı məğlub etməklə (2:1) məğlubiyyətsizlik seriyasını 33 oyuna çatdırıb. 

Bu, klub tarixinin rekord göstəricisidir.

"Bayer" bu görüşlərdə 29 qələbə qazanıb, 4 heç-heçə edib. Leverkuzen təmsilçisi Bundesliqada 61 xalla liderdi.

Xatırladaq ki, "Qarabağ" "Bayer"lə ilk oyunu martın 7-də Bakıda keçirəcək. Cavab görüşü bir həftə sonra Leverkuzendə olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC