Baxşıyevin köməkçilərindən kimlər gedib, kimlər qalıb?

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin gedişiylə köməkçilərindən 2-si onunla birgə ayrılıb. Klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının Presssport.az-a verdiyi məlumata görə, Xaqani Məmmədovla Rasim Ramaldanov da "qırmızı-qaralar"ın sıralarını tərk edib.

Köhnə məşqçilər korpusundan qapıçılarla işləyən məşqçi Vüqar Məmmədov, habelə qış fasiləsində gələn analitik məşqçi Rakif Əliyevlə fiziki hazırlıq üzrə türkiyəli mütəxəssis Çağlar Volqa işlərini davam etdirir.

Qəbələdə olan komanda bu gün fitnes məşqi keçib. Sabah isə istirahət olacaq. Komandanı növbəti oyuna kimin çıxaracağı hələ dəqiqləşməyib.

Xatırladaq ki, "Qəbələ" fevralın 28-də evdə "Qarabağ"la XXIII turdan təxirə salınmış matça çıxacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC