"Qarabağ"ın "Braqa" ilə matçın sonlarında vəziyyəti öz xeyrinə dəyişməsi böyük hörmətə layiqdi"

“Bayer”in idman direktoru Simon Rolfes Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasını şərh edib.

Sportal.az xəbər verir ki, Leverkuzen klubunun rəsmisi “Qarabağ” haqda fikirlərini bölüşərək, onlar üçün tanış rəqib olduğunu söyləyib: "Lakin asan olmayacaq. "Qarabağ" güclü komandadı. Bunu qrup mərhələsində də sübut etdi. "Braqa" ilə matçın sonlarında vəziyyəti öz xeyrinə dəyişmələri böyük hörmətə layiqdi. Bu oyunlara böyük konsentrasiya ilə yanaşacağıq. 1/4 finala çıxmaq üçün bizi iki çətin oyun gözləyir".

Qeyd edək ki, “Qarabağ” və “Braqa”nın görüşıəri martın 7-i və 14-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC