Qvardiola "Qarabağ"ın rəqibini dəyərləndirdirdi: "Fantastik iş görür, Avropa Liqasını qazana bilər"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Bayer"in baş məşqçisi Xabi Alonsonun işini qiymətləndirib.

Presssport.az xəbər verir ki, ispaniyalı mütəxəssisin fikrincə, “Bavariya”da rəhbərliyinə altında çıxış etmiş həmyerlisi bu mövsüm Avropa Liqasını qazana bilər: “Xabi Alonso fantastik iş görür. "Bayer" Bundesliqada “Bavariya” ilə qarşılaşmalarda məğlub olmayan yeganə komandadı. İndi mövsümün ən vacib mərhələsidi. Sayıqlığı əldən versələr, çempionluğu qazana bilməzlər, itirə bilərlər. Çünki hamı hər şeyin artıq həll edildiyini düşünür”.

Alonsonun 2022-ci ildən çalışdırdığı “Bayer” bu mövsüm Almaniya Bundesliqasında 23 turdan sonra 61 xalla turnir cədvəlinə başçılıq edir və avrokuboklar iştirakçıları arasında yeganə məğlubedilməz komandadı.
Xatırladaq ki, Leverkuzen təmsilçisi Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a rəqib olacaq. Oyunlar martın 7-də və 15-də baş tutacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC