Mahir Emrelinin yaşıl meydanlara qayıdacağı tarix açıqlandı

Zaqreb “Dinamo”sunda çıxış edən millimizin futbolçusu Mahir Emrelinin yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.

Presssport.az xəbər verir ki, 27 yaşlı hücumçu martdan etibarən komanda ilə məşqlərə başlayacaq.

Bu haqda Xorvatiya mətbuatında məlumat yer alıb.

Bildirilir ki, zədəlilərdən Mahirlə yanaşı, Dino Periç, Marko Roq və Luka Stoykoviç də növbəti aydan məşqlərə qoşulacaq. Lakin klubun həkimlərinin proqnozlarına görə, onlar yaşıl meydanlara mövsümün sonunda qayıdacaqlar. 

Xatırladaq ki, Emreli yanvarın əvvəlində zədələnib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC