"Kəpəz" üçün avtobus alındı

"Kəpəz" üçün alınan avtobus kluba təhvil verilib. 

Presssport.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, avtobus əsas komandanın istifadəsində olacaq. 

Nəqliyyat vasitəsi Cənubi Koreyanın dünyaca tanınmış "Daewoo" şirkətinin istehsalıdır. Avtobus klubun rənglərinə uyğun formada bəzədilib, üzərində Kəpəz dağı əks olunub. 

Avtobus “Kəpəz 100k” layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb.

"Kəpəz" üçün əldə olunan nəqliyyat vasitəsi ilə bağlı maliyyə hesabatı yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC