Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıda səfərdədi

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura Bakıya gəlib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, qurum rəsmisi ASTF-nin dəvəti ilə ölkəmizdə səfərdədi.

Pedro Migel Moura ilə ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Ardınca Şəhidlər Xiyabanında azadlıq fədailərinin xatirəsinə ehtiram bildirilib.

Səfər çərçivəsində stolüstü tennisçilərin məşq bazasına baş çəkən Pedro Migel Moura idmançılara yaradılan şəraitlə tanış olub, hazırlıq prosesini yaxından izləyib.

Onu da bildirək ki, Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidentinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC