UEFA "Qarabağ"ın futbolçularının və məşqçisinin cəzalarını açıqladı

Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə Bakıdakı cavab matçında qırmızı vərəqə alan “Qarabağ”lıların cəzaları bəlli olub. 

Presssport.az xəbər verir ki, UEFA İntizam Komitəsi həm futbolçu Elvin Cəfərquliyev, həm də məşqçi Elçin Rəhmanova bir oyunluq cəza verib.

Bununla da hər ikisi Avropa Liqasının 1/8 finalında “Bayer”ə (Leverkuzen) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.

Qitə futbol qurumu həmçinin turnirdə 2-ci “sarı”nı almaqla vərəqə limitini dolduran braziliyalı futbolçu Julio Romaonun da 1 oyunluq cəzaya məruz qaldığını açıqlayıb.

Qeyd edək ki, “Qarabağ” – “Bayer” görüşü martın 7-də saat 21:45-də başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC