"Kəpəz"in "Qarabağ"la onun meydanında oynamaq fikri yoxdu: "Paytaxtda 2 stadionla danışmaq istəyirik"

“Ümumi olaraq komandayla həmişə danışanda, futbolçulara deyirik ki, elə bil səfərdə oynayırıq, meydançada təkik. Bunu hər zaman məşqlərdə, oyunqabağı da, oyunsonrası da diqqətlərinə çatdırmışıq. Bütün oyunlarımıza səfər kimi yanaşırıq ki, futbolçularda başqa bir psixoloji gərginlikdə olmasın. Buna görə onlarda qətiyyən ruh düşkünlüyü yoxdu. Fikirləri bizə lazım olan istiqamətə yönəltmişik və inşallah, bu yöndə də işimizi davam etdiririk”.

Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

O, Qəbələdə artıq oynaya bilmədiklərindən sonra ev matçları üçün stadionla bağlı hələ də qeyri-müəyyənlik olduğunu gizlətməyib: “Oynacağımız meydançadan asılı olmayaraq, oynacağımız bir oyun var ki, ona üstünlük veririk, üzərində davamlı dayanırıq. Bütün matçlarımıza səfər oyunu kimi hazırlaşırıq”.

PFL hələ ki “Kəpəz”in növbəti ev oyununun məkanı açıqlayıb ki, “Neftçi”ni növbəti həftəsəonu Tovuz şəhər stadionunda qəbul edəcək. “Qarabağ”la ev oyununun isə onun meydanında oynayaraq Tofiq Bəhramov adına Respublika stadionunda nominal meydan sahibi olacağı deyilsə də, baş məşqçi bunu təkzib edib: “Qarabağ"la oyununun məkanı hələ məlum deyil, bilinmir. Ümumi o barədə heç danışığımız da olmayıb. Onlar təklif ediblər, sadəcə, biz demişik ki, yox. Çünki orda oynamaq fikrində deyilik. Ən çıxılmaz vəziyyətdə qalsaq, meydança olmasa, o başqa. Ümumi olaraq danışmışıq ki, Tovuzda oynayırıqsa, razılaşdıra bilsək, “Qarabağ”ı da orda, yaxud Qəbələdə qəbul edərik. Gələcəyi bilmirik ki, “Qəbələ” bizi buraxacaq, ya yox. Yəni, “Qarabağ”ın stadionu olmasın".

Şükürovun fikrincə, Qəbələdə oynamaq məsələsi Kaxaber Tsxaddzenin gəlişindən sonra artıq tam bağlanıb: “Əksi olsaydı, pis olmazdı. Amma belə bir şey yoxdu. Qəbələ variantını sadəcə, misal üçün dedim. Görürən budu ki, onlar bir daha oynamamağımızla bağlı qəti qərarlıdırlar. Bugünə kimi belə bir şey, xəbərdarlıq da yox idi. Birdən-birə belə bir xəbərdarlığın gəlməsi…Meydançadı, ola bilər ki, yüklənir. Fikrimcə, qazon əla, ideal vəziyyətdə idi. Bu dəqiqə o səviyyədə meydança yoxdu. Bundan sonra hava şəraiti, təbiətin canlanması, otun daha çox düzəlməsi - hamısı olacaqdı. Hər halda, yəqin, onlar daha yaxşı bilirlər, meydançayla, hava şəraitiylə daha yaxından məşğul olurlar”.

Baş məşqçini sözlərinə görə, davamlı olaraq təbii otda məşq edib süni qazonda oynamaq bir az çətinlik yaradır: “Bu zaman futbolçuların orda zədələnmək ehtimalı daha böyükdü. Amma qısa müddətdə olduğuna görə ümid ediirk ki, elə bir şey olası deyil. Yalnız bir oyunluq məşq edib, gedib 90 dəqiqə oynayıb çıxıb gəldin - o hallarda çox ehtimal var ki, zədələnmə olmasın. Amma yenə də bu təhlükə var. Stadion məsələsiylə rəhbərlik məşğul olur, onlarla bu məsələylə bağlı davamlı danışırıq. Onlar da axtarışdadı, AFFA və PFL rəhbərliyi ilə görüşüb danışırlar. İnşallah, yaxın müddətdə məsləhətləşib bir qərara gələrlər".

Şükürov paytaxtda oynamaq üçün 2 variantdan söz açıb: “Bakıda tək bir komandanın oynadığı bir stadion var - bu da ”Araz-Naxçıvan"ın rəqiblərini qəbul etdiyi Mərdəkandakı arena. Bir də gördüyüm - bilmirəm nə dərəcədə real ola bilər - Azərsun Arena"dı. Paytaxtda başqa bir stadion da yoxdu. Real olaraq bu 2 arenayla bağlı danışmaq istəyirik. "Turan Tovuz" bizə heç pozitiv cavab da verməyib. Sadəcə, bir oyunluq dedilər, hə, yaxşı, gəlin oynayın. Bundan başqa heç bir danışıq olmayıb, bir şey demirlər. “Turan Tovuz” desə kİ, cari mövsümün sonunadək bizdə oynaya bilərsiniz, ora üstünlük verəcəyik. Bir baş məşqçi olaraq fikrim belədi ki, təbii ot olsa, daha yaxşı olardı. Düzdü, Tovuz elədi ki, yaxındı, amma mənfi cəhəti odu ki, qazonu sintetikdi. Qəbələdən yaxın olan təbii ot olan meydançalar da yoxdu. Bakı isə bizə həddən artıq uzaqdı. Burda yorğunluq ehtimalları çoxdu. Həm də Qəbələdə oynayanda özümüzdə məşq edib ora gedib gecəni qalırdıq, komanda dincəlirdi, oyuna hazırlaşırdı. Lakin Bakı olsa, burda məşq edib getmək də olmur. Birbaşa paytaxa gəlib əlavə məşq etməli, bir gün qalmalı, oyuna hazırlaşmalıyıq. Buna görə bizə uyğun daha yaxın zonanın olmasıdı".

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC