"Zirə" keçmiş legionerini yenidən heyətinə qatdı - RƏSMİ

“Zirə” Sezar Meza Kollini heyətinə qatıb.

Presssport.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

31 yaşlı paraqvaylı futbolçu ilə müqavilə cari mövsümün sonuna qədər olan müddəti əhatə edir. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ "Zirə"yə məxsusdu. Yəni, anlaşmanın müddəti “6 ay+1 il” nəzərdə tutulub

Meza Koli "Zirə"yə azad agent kimi transfer olunub. O. bu ilin yanvarın 31-dən, "Ohod"u (Səudiyyə Ərəbistanı) tərk etdikdən sonra klubsuz idi. 

Xatırladaq ki, 2016/17 mövsümündə "Zirə"nin şərəfini qorumuş yarımmüdafiəçi ölkəmizdə həmçinin “Şamaxı” və “Neftçi”nin, İtaliyada “Çezena”, “Pavia”nın, İspaniyada “Alaves”in, Rumıniyada “Unversitad Krayova"nın şərəfini qoruyub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC