"Bayer" "Qarabağ"la oyunlar üçün 31 futbolçu sifariş etdi

Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" Azərbaycan təmsilçisi ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Presssport.az xəbər verir ki, baş məşqçi Xabi Alonso 31 futbolçunun xidmətindən yararlanacaq.

Qapıçılar: Lukas Hradecki, Matey Kovar, Niklas Lomb, Jesper Şliç, Luka Novodomski;

Müdafiəçilər: Yosip Stanişiç, Pierrot İnkapiyer, Conatan Tah, Odilon Kossunou, Edmond Tapsoba, Artur, Alexandro Qrimaldo, Ceremi Frimponq, Daniel Lanq

Yarımmüdafiəçilər: Yonas Hofmann, Roberd Andrix, Florian Virtz, Ezequiel Palasias, Qustavo Puerto, Qranit Caka, Frankis Onyeka, Enes Yılmaz, Ayman Aurir

Hücumçular: Borxa İqlesias, Patrik Şik, Natan Tella, Amin Adli, Viktor Bonifase, Adam Hlozek, Ken İzekor, Noa Peş.

Qeyd edək ki, "Qarabağ" "Bayer"lə martın 7-də Bakıda, 14-də Leverkuzendə qarşılaşacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC