“Sabah"ın oyun bitəndən sonra qırmızı vərəqə alan futbolçusuna hansı cəza verildi?

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Presssport.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərar qəbul edilib:

“Səbail-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının 13 nömrəli futbolçusu İdris İnqilablı ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sabah-2” komandası 50 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Neftçi-2” oyununun 45+1-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 57 nömrəli futbolçusu Cavid Qasımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC