Diabaki "Qarabağ"ın UEFA-ya göndərdiyi iştirak ərizəsində yenə yer almadı

"Qarabağ" Avropa Liqası 1/8 final mərhələsinin "Bayer"lə oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov siyahıya 22 futbolçunun adını daxil edib.

Onlar sırasında qış fasiləsindən sonra Premyer Liqada şans qazanaraq qollar vuran fransalı cinah yarımmüdafiəçisi Adama Diabaki yenə olmayıb. 

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov;

Müdafiəçilər: Mateus Silva, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev;

Yarımmüdafiəçilər: Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade;

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Nəriman Axundzadə;

Xatırladaq ki, komandalar arasındakı ilk oyun martın 7-də Bakıda olacaq. Cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC