"Neftçi" də qələbəyə sevindi, lider də

Bu gün Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda iki oyun keçirilib.

Presssport.az xəbər verir ki, günün ilk oyunu "Neftçi" və "Sumqayıt" arasında baş tutub. Favorit olan bakılılar 87:76 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular: "Neftçi" (Alfonso Styuart - 21 xal, 8 ribaund), "Sumqayıt" (Roderik Smit - 21 xal, 9 ribaund)

Günün ikinci oyununda çempionatın lideri “Xəzri” “Cəlilabad”la qarşılaşıb. Paytaxt klubu bu oyunda çətinlik çəkmədən qələbə qazanıb - 86:69. Bu kubokda "Xəzri" nin ardıcıl 2-ci qələbəsi olub.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins- 20 xal, 9 ribaund), "Cəlilabad" (Zaur Paşayev - 21 xal, 6 asist)

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC