Adil Şükürov bəzi komandaların onlara öz stadionlarını vermədiyini açıqladı: "Tsxadadzenin gəlişi bizim üçün narahatlıq deyil"

"Kəpəz" Premyer Liqanın XXV turunda səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükorov matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda fikirlərini bildirməklə başlayıb. 

- Tam istədiyimiz kimi gözəl, baxımlı futbol olmadı. Nəticə daha önəmli idi. Çalışdıq ki, nəticəyə yönəlik oyun oynayaq. Son dəqiqələrdə müdafiəyəmeyilli və sürətli futbolçuları meydana buraxdıq. Bu da öz bəhrəsini verdi. Bizim üçün vacib olan 3 xal idi, onu da qazandıq.

- Giorgi Papunaşvili əvəzlənərkən narazı görünürdü. Bu, nə ilə bağlı idi?

- İstəyirdik ki, meydanda komandaya fayda verən futbolçular olsun. Papunaşvili çox yorulmuşdu. Mate Kvirkiya da tam istədiyini edə bilmirdi. Papunaşvili əsas oyunçularımızdan biridir və komandanı öz arxasınca aparır. O dayananda, komanda da dayanır. Narazılıq yoxdur.

- Artıq demək olar ki, Premyer Liqada qalmağı təmin etmisiniz. Bundan sonrakı hədəfiniz nə olacaq?

- Həmişə deyirik ki, qabağa baxmaq və öndəki rəqiblərə köklənmək lazımdı. Bu gün qələbə qazandıq. Amma tam olaraq futbol oynamadıq. İlk “3-lük”də olan rəqibə qarşı sırf müdafiədən oynadıq. Əsas məqsədimiz Premyer Liqada qalmaqdı. Qarşıda oyunlar çoxdu. Çox şeylər dəyişə bilər. Ev oyunları ilə bağlı problemimiz var. Bunu həll etməliyik. Bəzi komandalar bizə öz stadionlarını vermədilər. Buna görə də davamlı olaraq səfərdə oynamalıyıq. Premyer Liqada qalmağı təmin etmək üçün hələ 4-5 oyunda da qalib gəlməliyik. Əsas hədəflərimizdən biri də gəncəli iş adamlarını komandaya cəlb etməkdi. "Kəpəz" Premyer Liqada qalsa, ümid edirik ki, iş adamları da Gəncənin komandasına sahib çıxarlar.

- Tovuzda, yoxsa Bakıda oynamağa üstünlük verəcəksiniz?

- Təbii otda məşq edib Tovuzda süni meydanda oynamaq çətindi. Belə olan halda, futbolçuların zədələnmə ehtimalı da artır. Məsafə baxımından Tovuz bizim üçün əlverişlidi. Amma oyun baxımından təbii meydança olsa, daha yaxşıdı. "Neftçi"ni Tovuzda qəbul edəcəyik. Ondan sonrası qeyri-müəyyəndi. Rəhbərliklə danışırıq. Ümid edirik ki, təbii meydança tapılacaq. Bu da yalnız Bakıda var. Belə olduqda da əlavə vaxt itiririk. Bütün bunları nəzərə alıb addım atmalıyıq.

- Kaxaber Tsxadadzenin "Qəbələ"yə baş məşqçi təyin olunmasının sizə necə təsiri olacaq?

- Məşqçinin getməyini heç vaxt istəmərik. Elmar Baxşıyev yaxşı komanda qurmuşdu. Yəqin ki, bəzi nüanslara görə komanda uduzurdu. Tsxadadzenin gəlişi bizim üçün narahatlıq deyil. Əsas öz nəticələrimizi fikirləşirik.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC