Gimnastlarımız Almaniyada beynəlxalq turnirində çıxış edəcəklər

Azərbaycan gimnastları Almaniyanın Fellbax-Şmiden şəhərində keçiriləcək “Gymnastic International 2024” beynəlxalq turnirində çıxış edəcəklər.

Presssport.az xəbər verir ki, bədii gimnastika üzrə yarışda gənclər arasında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı, böyüklər arasında Kamilla Seyidzadə və Kamila Qafarova mübarizə aparacaqlar.

Onlara məşqçilər Nərmin Cahangirova və Nəzrin Cəfərzadə rəhbərlik edəcəklər.

Beynəlxalq dərəcəli hakim Nigar Abdusalimova turnirdə ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, bu gün startı veriləcək beynəlxalq turnirə martın 3-də yekun vurulacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC