"Qarabağ"a qol vuran futbolçu 20 milyon avroya transfer olunur

"Braqa"nın futbolçusu Alvaro Calo “Atletik”ə keçir.

Presssport.az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Bildirilir ki, İspaniya təmsilçisi artıq "Braqa" ilə bütün detallarla bağlı razılığa gəlib və keçidin gələn həftə rəsmiləşəcəyi gözlənilir.

Bilbao klubu ispaniyalı futbolçu üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək.

Xatırladaq ki, "Braqa" Avropa Liqasının (AL) pley-off mərhələsində "Qarabağ"ın rəqibi olub. Azərbaycan komandası Portuqaliya klubunu mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə AL-in 1/8 final mərhələsinə yüksəlib. Komandaların Bakıdakı cavab matçında qollardan birini Calo vurub

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC