"Neftçi"ylə matçdakı səhvlərimizi analiz edib "Bayer"lə oyundan əvvəl düzəltməyə çalışacağıq" - Bəhlul Mustafazadə

Premyer Liqanın XXV turunun mərkəzi oyununda "Neftçi" evdə "Qarabağ"la üz-üzə gəlib. Ağdam təmsilçisinin 4:1 hesablı qələbənin ardından Ağdam klubunun müdafiəçisi Bəhlul Mustafazədə brifinq keçirib. Müdafiəçi ilk olaraq derbiylə bağlı təəssüratlarını bölüşüb.

- Düşünürəm ki, bütün azarkeşlər üçün maraqlı oyun oldu. Hesab onların da xeyirinə bitə bilərdi. Ancaq daha diqqətli olduq və vacib oyundan qabaq qələbə qazandıq. Gərginlik var idi. Onlar da ikinci qolu vurub hesabı bərabərləşdirə bilərdilər. Rəqibi əks-hücumlarda tutduq və bununla da daha 2 qol vurduq. Bərabərsəviyyəli oyun keçdi, lakin əlimizə düşən fürsətləri daha yaxşı dəyərləndirdik.

- "Neftçi" üzərindəki qələbə Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə oyunlara necə təsir edəcək?
- "Bayer"lə görüşdən öncə belə bir oyuna çıxmaq çox önəmli idi. Yaxşı mübarizə apardıq, amma bəzi səhvlərimiz var idi. Onları analiz edib "Bayer"lə oyundan əvvəl düzəltməyə çalışacağıq. 

- Turnir cədvəlinə böyük fərqlə liderlik edirsiniz. Növbəti oyunlara necə motivasiya tapacaqsınız?
- Onu baş məşqçimiz Qurban müəllim daha yaxşı bilir. O, bizə daha yaxşı motivasiya verə bilir. Heç bir şeydən asılı olmayaraq, bütün oyunlara daha diqqətli, daha yaxşı çıxmağımızı və öz idman formamızı qorumağı tapşırır. Bundan sonra da motivasiya tapacağıq.

- Püşkdən sonra "Bayer"i analiz edə bildiniz?
- Fərdi olaraq bütün oyunçular imkan tapdıqda izləyirlər. Ümumiyyətlə, “Bayer” bizə məlumdu. Bu oyundan sonra hazırlıq mərhələsində daha yaxından tanış olacağıq. Məşqçilər rəqib haqda daha çox məlumat verəcəklər.

- "Bayer"in hazırkı durumu məlumdu. Səncə, hazırda Almaniya təmsilçisi qrupda olduğundan daha güclü təəssürat bağışlayırmı? 
- Düşünürəm ki, daha yaxşı olublar. Biz də daha çox inkişaf etmişik. Bizi daha maraqlı və daha gərgin oyun gözləyir.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC