Milli komandamız AVRO-2024-ün iştirakçısı ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan millisi Albaniya yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Presssport.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, qarşılaşma iyunun 7-də Avstriyanın Qrats şəhərində təşkil olunaraq, yerli vaxtla saat 20:45-də (Bakı vaxtilə saat 22:45) başlayacaq. 

Bu, albanların AVRO-2024-ə hazırlıq çərçivəsində son sınaq matçı olacaq. Bu yığma Avropa çempionatının B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə mübarizə apararaq, ilk oyununu iyunun 15-də “Skaudra Adzurra”ya qarşı keçirəcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC