Üzgüçülərimiz Riqada uğurlu çıxış ediblər - rekord sayda iştirakçının olduğu turnirdə

Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət millisi Latviyanın paytaxtı Riqada keçirilən turnirdə uğurlu çıxış edib.
Presssport.az xəbər verir ki, kişilərdən ibarət komanda 4x200 metr məsafədə sərbəst üsulla üzməkdə turnirin qalibi olublar.
Bundan başqa, şəxsi yarışlarda açıq yaş qrupunda Əbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulunda gümüş, Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc, Süleyman İsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə gümüş, Səid Həmidov 200 mert məsafədə qarışıq üsulda bürünc, Mehri Əbdürrəhmanlı 200 metr məsafədə batterflay üsulunda bürünc mükafat əldə ediblər.
Turnirdə rekord sayda - 760 idmançı iştirak edib.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC