"Bayer" Bakıya yollanıb

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Bayer" Bakıya yola düşüb.

Presssport.az xəbər verir ki, Leverkuzen təmsilçisi çarter reysi ilə 5 saatlıq uçuşla paytaxtımıza gələcək. 

"Bayer"in Bakıda açıq məşqi olmayacaq. Çünki komanda bugünkü məşqi Leverkuzendə keçib. Bundesliqanın liderinin ispaniyalı baş məşqçisi Xabi Alonso da oyunöncəsi mətbuat konfransını orda keçirib.

Xatırladaq ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC