"Qarabağ"ın ÇL-də yolunu kəsdi, özü 2:9-dan sonra qovuldu

Zaqrev “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviçlə yolları ayırıb.

Presssport.az klubun saytına istinadən xəbər verir ki, komandanın Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində "Bavariya"ya 2:9 hesabı ilə uduzduğu oyundan sonra bu qərar verilib. Xorvatiyalı mütəxəssislə  müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. 

Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisini çalışdırırdı. Komanda ölkə çempionatında 13 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində 2 oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC