"Milan"dan getdi, Ronaldonun yeni baş məşqçisi oldu

Stefano Pioli Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr"in baş məşqçisi təyin olunub.

Presssport.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistan klubunun mətbuat xidməti məlumat yayıb. 

Təcrübəli italiyalı mütəxəssisin son iş yeri “Milan” klubu olub. Stefano Pioli “Əl-Nəsr”ə istefaya göndərilən portuqaliyalı həmkarı Luis Kastronun yerinə təyin olunub.

Onu da bildirək ki, “Əl-Nəsr” Səudiyyə Pro-Liqasının turnir cədvəlində 3 oyundan sonra 5 xalla 7-ci yerdədi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC